20 Ekim 2013 Pazar

Britni Spirsdən milyonlarla dollarlıq müqavilə

İflas olmaqdan qurtulan dünyaca məşhur pop ulduz Britni Spirs yüksək məbləğli müqavilə imzalayıb. Müğənni bu qışdan etibarən Las Veqasda 48 konsert verəcək. 31 yaşlı müğənni performansları qarşılığında 15 milyon dollar alacaq. Bu da hər konsertə 310 min dollar qonorar deməkdir. Qonararın yüksək olmasına baxmayaraq Las Veqasda rekord sahibi kanadalı ulduz Selin Diondur. O, 70 konsert verərək, hər konsert üçün 476 min dollar qazanıb.(ANS Press)

15 Ekim 2013 Salı

Kıvanç Tatlıtuğ Parisdən ev aldı


Türkiyəli aktyor Kıvanç Tatlıtuğ yanvar ayında start götürəcək filmdən avans olaraq 700 min AZN pul alıb. SİA-nın verdiyi xəbərə görə, Tatlıtuğ vaxt itirməyərək pulunu dəyərli yerə xərcləyib. O, Parisdən özünə yeni ev alıb. Nəzərinizə çatdıraq ki, məhşur aktyor daha bir cins firmasının reklamlamında çəkildiyi üçün 3 milyon dollar pul qazanıb. Qeyd edək ki, aktyorun Fransada da mənzili var. Həmin ölkədən Kıvançla yanaşı türkiyənin məhşur simaları Ajda Pekkan və Sibel Can da  ev alıblar.

Azercell, Bakcell "Zengimcell", "Meloton", "Melomania" kodları burda

MobilKodlar.Com portalına daxil olmaqla, müxtəlif yeni və hit “Zəngimcell”, “Meloton”, “Melomania” parçalarını dinləyə və kodlarını əldə edərək, mobil telefonlarınıza yükləyə bilərsiniz. 

MobilKodlar.Com portalının ilk səhifəsinə keçid linki >>> http://mobilkodlar.com/


Azercell “Zengimcell” xidməti səhifəsinə keçid linki >>>
http://mobilkodlar.com/azercell-abun%c9%99chil%c9%99ri-uchun-zengimcel-kodlari/


Bakcell “Melomania”("Meloton","Zengimcell") xidməti səhifəsinə keçid linki >>>
http://mobilkodlar.com/bakcell-abun%c9%99chil%c9%99ri-uchun-hit-melomania-meloton-kodlari/


“Eurovision 2014” mahnı müsabiqəsi üzrə Danimarka milli seçiminə rekord sayda mahnı göndərilib

Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision-2014” yarışması üzrə bu ölkənin milli seçim müsabiqəsinə rekord sayda – 872 mahnı göndərilib. “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytına istinadən, bu il Danimarkanın milli seçim müsabiqəsinə keçən ildən 180 mahnı çox göndərilib. Artıq təcrübəli musiqiçilərdən ibarət və adları gizli saxlanılan münsiflər heyəti mahnıların seçiminə başlayıb. Seçilmiş mahnılar 2014-cü il martın 8-də Danimarkanın Odense şəhərində keçiriləcək Dansk Melodi Grand Prix milli seçim müsabiqəsinə təqdim ediləcək. Bu müsabiqədə seçilən mahnı “Eurovision-2014” mahnı müsabiqəsində ifa ediləcək.  (İctimai TV)

25 Ağustos 2013 Pazar

Qəbələdə ilk mürəbbə festivalı keçirilib

AzərTAc xəbər verir ki, avqustun 24-də dünyada ilk dəfə olaraq Qəbələdə mürəbbə festivalı keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri festival Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelinin qarşısında reallaşmışdır. Festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, rayon icra hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, Hindistan, Misir və Pakistanın ölkəmizdəki səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən yuxarı yerli və xarici turistlər də olmuşlar. Qonaqlar əvvəlcə hər rayonun şirniyyatçılarının hazırladıqları süfrələrə yaxınlaşaraq samovar çayı ilə müxtəlif çeşiddə olan mürəbbələrin dadına baxmışlar. Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən birinci Qəbələ mürəbbə festivalında Azərbaycanın bir sıra şəhər və rayonundan, o cümlədən Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarının hər birindən 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak etmişlər. Festival əvvəlcə yarış şəklində təşkil olunmuşdur. Bunun üçün 7 nəfərdən ibarət xüsusi komissiya da yaradılmışdır. Komissiya tərəfindən isə 12 nəfərdən ibarət münsiflər heyəti seçilmişdir. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilmişlər. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılmışdır. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları da təşkil edilmişdir. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan iştirakçılar 3 nominasiya üzrə qalib elan olunmuş, onlara pul mükafatı və qiymətli hədiyyələr verilmişdir. Festival maraqlı konsert proqramı ilə davam etdirilmişdir.